Azərbaycanın investisiya potensialı Polşada təqdim olunub

Azərbaycanın investisiya potensialı Polşada təqdim olunub ​​​​​​​Varşavada təşkil olunan "Invest in Azerbaijan" adlı tədbirdə Azərbaycanın investisiya mühiti, sənaye zonaları və aqroparklar, işğaldan azad edilmiş ərazilərin bərpası, xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər və s. təqdi
Biznes
18 Dekabr , 2023 12:01
Azərbaycanın investisiya potensialı Polşada təqdim olunub

Varşavada təşkil olunan "Invest in Azerbaijan" adlı tədbirdə Azərbaycanın investisiya mühiti, sənaye zonaları və aqroparklar, işğaldan azad edilmiş ərazilərin bərpası, xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər və s. təqdim olunub.

Bu barədə “Report”a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, Varşavada İqtisadiyyat Nazirliyi, AZPROMO-nun dəstəyi, Azərbaycanın Polşada fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə "Invest in Azerbaijan" tədbiri keçirilib.

Tədbirdə Polşanın ticarət və investisiya ilə əlaqəli müxtəlif dövlət qurumlarının, o cümlədən Polşa Ticarət və İnvestisiya Agentliyi, Polşa İşəgötürənləri, Polşa İnkişaf Fondu, Sənayenin İnkişafı Agentliyi, Polşa Ticarət Palatası, Polşa-Asiya Ticarət Palatası, Polşa-Ukrayna Ticarət Palatası, Polşa-Qazaxıstan Palatası, həmçinin energetika, alternativ enerji, tikinti, kənd təsərrüfatı maşın və avadanlıqlarının istehsalı, informasiya texnologiyaları, konsaltinq xidmətləri, logistika və digər sektorlarda fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.

Tədbir zamanı ticarət nümayəndəsi aparatının əməkdaşları tərəfindən Azərbaycanın investisiya mühiti, Azərbaycan-Polşa xarici ticarət əlaqələri, Azərbaycandakı sənaye zonaları və aqroparklar, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər, ölkəmizin tranzit və logistika üstünlükləri, investinazerbaijan.gov.az veb-səhifəsi haqqında geniş təqdimatlar edilib, iştirakçıların sualları cavablandırılıb. Azərbaycanda xarici investorlar üçün yaradılmış geniş imkanlar qonaqlar tərəfindən maraqla qarşılanıb, gələcək əməkdaşlıq üçün müvafiq müraciətlərin ediləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi