Azərbaycanın investisiya imkanlarının tanıdılması məqsədi ilə Türkiyənin müxtəlif şəhərlərində “Road-show” keçiriləcək.
“Report” xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.
Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi, nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Türkiyə tərəfdən isə bu ölkənin Ticarət Nazirliyi və Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) həyata keçirəcək.
Xatırldaq ki, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 1,867 milyard ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,2 % çoxdur, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 15,8 %-i deməkdir.
Hesabat dövründə Azərbaycanın Türkiyəyə ixracının dəyəri 1,207 milyard ABŞ dolları, idxalının dəyəri isə 660 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 3,4 % az və 7,5 % çoxdur.