Azərbaycanın inşaat müəssisəsi səhmdarlarına dividend ödəyəcək

Azərbaycanın inşaat müəssisəsi səhmdarlarına dividend ödəyəcək Bakı. 14 may. REPORT.AZ/ İyunun 24-də, saat 11:00-da “Avro-Asiya İnşaat Korporasiyası – “Evrascon” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Biznes
14 May , 2018 09:36
Azərbaycanın inşaat müəssisəsi səhmdarlarına dividend ödəyəcək
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ İyunun 24-də, saat 11:00-da “Avro-Asiya İnşaat Korporasiyası – “Evrascon” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq müəssisənin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 ünvanında (Nəriman Nərimanovun heykəlinin arxasında) olacaq.

Yığıncağın gündəliyinə “Evrascon”un 2017-ci üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatın təsdiq edilməsi, dividendlərin hesablanması məsələləri daxildir.

Xatırladaq ki, “Avro-Asiya İnşaat Korporasiyası – “Evrascon” ASC 2003-cü ildən fəaliyyət göstərən “Azərkörpü” ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 377 290 manatdır. 

Son xəbərlər

Orphus sistemi