Azərbaycanın ilk ixrac missiyası Çinə yola düşüb

Azərbaycanın ilk ixrac missiyası Çinə yola düşüb Şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkət ixrac missiyasında iştirak etmək hüququ qazanıb
Biznes
8 Noyabr , 2016 17:24
Azərbaycanın ilk ixrac missiyası Çinə yola düşüb

Bakı. 8 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi tərəfindən noyabrın 9-13-də Çinin Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quançjou şəhərinə ilk ixrac missiyası təşkil olunacaq. 

"Report"a İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) və Azərbaycanda şərab istehsalı, ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrinin daxil olduğu ixrac missiyası "Honq-Konq Şərab və Spirtli İçkilər Sərgisi"ndə və "Quançjou Şərab Sərgisi"ndə iştirak edəcək.

Səfər zamanı iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, ixrac missiyası Çinin yerli distributorları, potensial müştəriləri ilə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar. Səfər çərçivəsində iş adamları arasında əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, Nazirlik Çinin Honq-Konq Xüsusi İnzibati Ərazisinə və Quançjou şəhərinə təşkil olunan ixrac missiyalarında iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirib. Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkət ixrac missiyasında iştirak etmək hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi