Azərbaycanın idxalında yeyinti məhsullarının payı artıb

Azərbaycanın idxalında yeyinti məhsullarının payı artıb Yeyinti məhsullarının idxalı illik müqayisədə 35% artıb
Biznes
23 Yanvar , 2017 13:39
Azərbaycanın idxalında yeyinti məhsullarının payı artıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı illik müqayisədə 34,98% artaraq 2016-cı ildə 1,322 mlrd. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ət idxalı 94,49% artaraq 38,622 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 2,2 dəfə artaraq 48,384 mln. dollar, meyvə-tərəvəz - 2,3 dəfə artaraq 135,005 mln. dollar, çay - 2,7 dəfə artaraq 44,735 mln. dollar, süd idxalı 34,4% artaraq 8,034 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı isə 0,6% azalaraq 295,018 mln. dollar olub.

Qeyd edək ki, buğdanın miqdar baxımından idxalında isə illik müqayisəsində artım qeydə alınıb. Belə ki, buğda idxalı 2015-ci illə müqayisədə 18,2% artaraq 2016-cı ildə 1,6 mln. ton təşkil edib.

Hesabat ilində Azərbaycanın cəmi idxalının 15,5%-i məhz yeyinti məhsullarının payına düşüb ki, 2015-ci ildə bu göstərici 10,6% olub.

Son xəbərlər

Orphus sistemi