Azərbaycanın Həştərxanla əməkdaşlığının inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb

Azərbaycanın Həştərxanla əməkdaşlığının inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb Iqtisadiyyat Naziri Mikayıl Cabbarov Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.
Biznes
7 Dekabr , 2021 15:31
Azərbaycanın Həştərxanla əməkdaşlığının inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə nazir Rusiya ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyini, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. M.Cabbarov 2021-ci ilin Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı baxımından uğurlu olduğunu bildirib, bu gün açılışı həyata keçirilən Həştərxan İş Mərkəzinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində önəmli platforma olacağına əminliyini vurğulayıb.

İ.Babuşkin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə marağını diqqətə çatdırıb, Rusiyanın federal subyektləri, həmçinin Həştərxan vilayəti ilə səmərəli və qarşılıqlı faydalı tərəfdaşlığın qurulduğunu qeyd edib.

Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafı istiqamətləri, xüsusilə gəmiçilik və limanlararası əməkdaşlıq, qarşılıqlı ixracın gücləndirilməsi məqsədilə Həştərxanda və Azərbaycanda müvafiq ticarət şəbəkələrinin yaradılması, kiçik və orta biznes tərəfdaşlığı, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycanla Həştərxan arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi M.Cabbarov və İ.Babuşkin imzalayıblar.

Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.

Son xəbərlər

Orphus sistemi