Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi azalıb

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi azalıb Bu ilin yanvar ayında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 86,154 milyon ABŞ dolları təşkil edib
Biznes
19 Fevral , 2021 11:14
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar ayında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 86,154 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, ötən ay Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 11,3% payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Çin və Türkiyədən sonra III yeri tutub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyərində 16% azalma qeydə alınıb.

Son 1 ildə Gürcüstanın Azərbaycana ixracının dəyəri 24,4% azalaraq 34,404 milyon ABŞ dolları, Azərbaycandan idxalının dəyəri isə 11,2% azalaraq 51,75 milyon ABŞ dolları təşkil edib.

Gürcüstanın ümumi ixracında Azərbaycan 15,3% paya sahib olmaqla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında I yeri tutub. Gürcüstanın ümumi idxalında isə Azərbaycan 9,6% payla qonşu ölkənin Çin, Türkiyə və Rusiyadan sonra IV əsas idxal tərəfdaşı olub.

Son xəbərlər

Orphus sistemi