Azərbaycanın Gürcüstana ixracı artdı

Azərbaycanın Gürcüstana ixracı artdı Bu ilin yanvar-fevral aylarında Gürcüstanın Azərbaycandan idaxl etdiyi məhsulların ümumi dəyəri 135,709 milyon ABŞ dolları təşkil edib.
Biznes
19 Mart , 2020 11:29
Azərbaycanın Gürcüstana ixracı artdı

Bu ilin yanvar-fevral aylarında Gürcüstanın Azərbaycandan idaxl etdiyi məhsulların ümumi dəyəri 135,709 milyon ABŞ dolları təşkil edib. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Ötən ilin eyni dövrü ilə müqaisədə Azərbaycanın qonşu ölkəyə ixracında 7,8% artım qeydə alınıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi idxalında isə 10,2% paya sahib olub, qonşu ölkənin Türkiyə və Rusiyadan sonra 3-cü əsas idxal tərəfdaşına çevrilib. 

Yanvar ayında Azərbaycan Gürcüstanın ümumi idxalında 9,5% paya sahib olub. Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub. Yanvar-fevralda isə Azərbaycan Gürcüstanın ümumi idxalında 10,2% payla Çini qonşu ölkənin idxal tərəfdaşlarının ilk üçlüyündən çıxarıb. Çinin Gürcüstanın ticarət dövriyyəsində aparıcı mövqelərini itirməsi bu ölkədə koronavirusun geniş yayılmasıdır. Epidemiyaya görə iki ölkə arasında idxal-ixraca məhdudiyyətlər tətbiq olunur. 

Bu ilin ilk iki ayında Gürcüstanın Azərbaycandan idxal etdiyi əsas məhsullar təbii qaz, elektrik enerjisi, hesablama maşınları üçün hissələr və aksessuarlar, neft və neft məhsulları, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar olub.

Son xəbərlər

Orphus sistemi