Azərbaycanın gömrük sistemində yeni pilot layihənin tətbiqinə başlanılıb

Azərbaycanın gömrük sistemində yeni pilot layihənin tətbiqinə başlanılıb Biləsuvar. 3 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə Gömrük Postuna mediatur təşkil olunub.
Biznes
3 Avqust , 2018 16:00
Azərbaycanın gömrük sistemində yeni pilot layihənin tətbiqinə başlanılıb
Report
0 : 00
0 : 00

Biləsuvar. 3 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə Gömrük Postuna mediatur təşkil olunub. 

"Report"un Muğan bürosunun məlumatına görə, mediatur zamanı jurnalistləri Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji innovasiyalar idarəsinin rəisi gömrük xidməti polkovniki Azər Abbasov məlumatlandırıb. 

O, təmsil etdiyi qurumun ilk dəfə bu gömrük postunda tətbiq etdiyi pilot layihə barədə danışıb: "Layihə "1 inspektor - 1 nəqliyyat vasitəsi" adlanır. Bütün mal və müşayiət sənədləri bir pəncərədən inspektora təhvil verilir və o inspektor bütün prosedurları axıra qədər aparır. Bunlar sənədləriə baxış, nəqliyyat vasitələrinin, malların, yol vəsiqələrinin və icarə blankının qeydiyyatıdır. Əgər əvvəllər bu mərhələləri 15 dəqiqəyə keçmək olurdusa, hazırda 11 dəqiqədir. Əgər bu layihə müsbət nəticə verərsə, bütün sərhəd-buraxılış məntəqələrində tətbiq ediləcək. Bu da nəqliyyat vasitələrinin, malların və sərnişinlərin sürətli keçidini təmin edəcək". 

Son xəbərlər

Orphus sistemi