Azərbaycan gələn il vahid milli stendlə 5 beynəlxalq sərgidə iştirak edəcək

Azərbaycan gələn il vahid milli stendlə 5 beynəlxalq sərgidə iştirak edəcək Azərbaycanın ilk ixrac missiyası Çində beynəlxalq sərgidə iştirak edəcək
Biznes
10 Noyabr , 2016 12:35
Azərbaycan gələn il vahid milli stendlə 5 beynəlxalq sərgidə iştirak edəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ "Bu gündən Azərbaycanın ilk ixrac missiyası fəaliyyətə başlayıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə,  Azərbaycanın şərab istehsalı ilə məşğul olan 12 şirkətdən ibarət nümayəndə heyəti dünyanın iki məşhur sərgisinə qatılacaq: "Nümayəndə heyəti noyabrın 10-12-də Honq-Konq, noyabrın 13-15-də isə Quançjou şəhərində keçirilən beynəlxalq sərgilərdə iştirak edəcəklər. Bu sərgilər böyük əhəmiyyətə malikdir. Səfər çərçivəsində nümayəndə heyətimiz distribütor və idxalçılarla bir sıra görüşlər keçirəcək. Sözügedən sərgilərdə müxtəlif ölkələrdən 2 minə yaxın şirkət iştirak edir, 50 minə yaxın ziyarətçi gəlir. Bu baxımdan Azərbaycan şərabının beynəlxalq bazarda Asiya, xüsusilə Çində tanıdılması üçün bu sərgi böyük rol oynayır. Bu missiya çərçivəsində şərabçıların səfəri dövlət hesabına maliyyələşdirilir. Bu sərgi tarixində Azərbaycan ilk dəfə stend götürüb, öz məhsullarını nümayiş etdirəcək. Sərgilərin keçiriləcəyi şəhərlərdə böyük sahədə Azərbaycan stendi yaradılır, burada Azərbaycan istehsalı olan yerli məhsullar nümayiş olunacaq. Yerli şirkətlərimizdən birinin xarici tərəfdaşla ilkin müqavilənin imzalaması da gözlənilir".

R.Məmmədov, həmçinin qeyd edib ki, "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri ilə yanaşı, ixrac (geri ödəmə) mexanizmləri də tətbiq olunur: "Bu il ərzində Azərbaycanın ixrac missiyasının daha iki ölkəyə (Birləşmiş Ərəb Əmirlikləri və Misir) səfərini planlaşdırırıq. Bu barədə rəsmi elanlar yaxın günlərdə veriləcək. İxracatçılar bu missiyalarda iştirak etmək üçün dəvət olunacaqlar. Bu missiyalarda daha çox kənd təsərrüfatı, emal olunmuş ərzaq məhsulları, spirtsiz içki istehsalçıları və ixracatçılarını dəvət etməyi nəzərdə tuturuq. Bununla yanaşı, "Made in Azerbaijan" brendinin təsdiq edilən mexanizmləri çərçivəsində vahid ölkə stendi ilə tədbirlərdə iştirak etmək planlaşdırılır. Vahid ölkə stendi ilə Azərbaycan gələn il 5 mötəbər sərgidə iştirak edəcək".

Son xəbərlər

Orphus sistemi