Azərbaycanın bu il ixrac missiyası təşkil edəcəyi şəhərlərin adları açıqlanıb

Azərbaycanın bu il ixrac missiyası təşkil edəcəyi şəhərlərin adları açıqlanıb Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 25-29-da İsveçrənin Bern və Surix şəhərlərinə ixrac missiyaları təşkil olunacaq.
Biznes
12 İyun , 2018 12:06
Azərbaycanın bu il ixrac missiyası təşkil edəcəyi şəhərlərin adları açıqlanıb
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 25-29-da İsveçrənin Bern və Surix şəhərlərinə ixrac missiyaları təşkil olunacaq. 

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, missiyaların məqsədi əsasən fındıq ixracını stimullaşdırmaqdır. 

Bundan başqa, iyulun 4-8-də Monqolustana, eləcə də bu ilin II yarısında Rusiyanın Sibir bölgəsinə, Türkiyəyə, Çinin Urumçi şəhərinə, oktyabrda Bolqarıstana, noyabrda Şanxaya (Çin), Berlinə (Almaniya), noyabrın 12-16-da Sankt-Peterburqa (Rusiya), dekabrda Ər-Riyada (Səudiyyə Ərəbistanı), Şarja və Əbu-Dabiyə (BƏƏ) ixrac missiyaları təşkil ediləcək. 

Son xəbərlər

Orphus sistemi