Azərbaycanın bir neçə şirkətinin nümayəndələri Almaniyada səfərdədir

Azərbaycanın bir neçə şirkətinin nümayəndələri Almaniyada səfərdədir Proqram Almaniya-Azərbaycan biznes əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir
Biznes
229
18 Oktyabr , 2017 13:18
Azərbaycanın bir neçə şirkətinin nümayəndələri Almaniyada səfərdədir

Bakı. 18 oktyabr REPORT.AZ/ Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin Azərbaycanla birgə həyata keçirdiyi Menecer Təlim Proqramı çərçivəsində bir neçə şirkətin nümayəndələri bu ölkədə səfərdədir.

“Report” xəbər verir ki, təlim oktyabrın 16-dan noyabrın 10-dək müddəti əhatə edir.

Təlim proqramına “ERA marketing center”, “Azinka HR&CC”, “Azersun holding”, “Millenium Tourism”, “Az granata”, “North West construction”, “Nur – Qida”, “Azinterpartlayish-x”, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Akkord”, “Baku Business Factory”, “ACT Azerbaijan”, “Təmiz şəhər”, “MhWirth”, “Trast B.V.”KMT və “AzMirvari” şirkətlərinin nümayəndələri qatılıb.

Menecer Təlim proqramı Federal İqtisadi Əlaqələr və Energetika Nazirliyinin vəsaiti hesabına maliyyələşdirilir. Almaniya tərəfindən baş proqram meneceri kimi GİZ (Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) çıxış edir.

Proqram Almaniya-Azərbaycan biznes əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir. 

Belə ki, Təlim Proqramının məqsədi Almaniyanın tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrinin yaradılması və onlara inkişaf istiqamətində yardım etməkdir. Bunun üçün xarici müəssisələrin nümayəndələrinin Almaniyada iqtisadi təhsil alması, biznes əlaqələrinin yaradılması ilə yeni bazarların inkişafı, Azərbaycan biznesinin rəqabətqabiliyyətliliyini idarəetmə bacarığı vasitəsilə yüksəltmək əsas vasitələrdir.

Son xəbərlər

Orphus sistemi