Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub

Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub.
Biznes
30 Mart , 2023 16:17
Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub

Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

İspaniyanın paytaxtı Madrid şəhərinə səfərin ikinci günü iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Zeytun Şurasının (IOC) icraçı direktoru Əbdüllətif Xedira arasında görüş keçirilib.

Görüşdə zeytun istehsalında və tədarükündə müşahidə olunan əsas trendlər haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər gələcəkdə bu təşkilat çərçivəsində təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi