Azərbaycanın azad edilmiş ərazilərin bərpası istiqamətində səyləri Rumıniya üçün yeni imkanlar yaradır

Azərbaycanın azad edilmiş ərazilərin bərpası istiqamətində səyləri Rumıniya üçün yeni imkanlar yaradır Rumıniya Azərbaycan ilə ikitərəfli əməkdaşlığı təşviq etməkdə davam edir, həmçinin energetika, nəqliyyat, iqtisadi fəaliyyətin şaxələndirilməsi, inzibati-ərazi vahidələri səviyyəsində mübadilələr, təhlil və mədəniyyət kimi sahələr üzrə məsələlərin həlli v
Biznes
13 Oktyabr , 2021 16:26
Azərbaycanın azad edilmiş ərazilərin bərpası istiqamətində səyləri Rumıniya üçün yeni imkanlar yaradır

"Rumıniya Azərbaycan ilə ikitərəfli əməkdaşlığı təşviq etməkdə davam edir, həmçinin energetika, nəqliyyat, iqtisadi fəaliyyətin şaxələndirilməsi, inzibati-ərazi vahidləri səviyyəsində mübadilələr, təhlil və mədəniyyət kimi sahələr üzrə məsələlərin həlli vasitəsilə onun gələcək inkişafında maraqlıdır".

Bunu “Report”a ölkələr arasında əməkdaşlığın prioritet məsələləri, həmçinin planlaşdırılan birgə layihələr haqqında sualı şərh edərkən Rumıniya Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, energetika və ya ticarət kimi sahələrdə münasibətlərin inkişafı perspektivləri ilə yanaşı, Azərbaycanın azad edilmiş ərazilərin bərpası üzrə bu il başlamış olduğu səylər də əməkdaşlıq, o cümlədən Rumıniyanın biznes dairələri üçün yeni imkanlar yaradır.

Bu məsələ ilə bağlı ətraflı müzakirələr mövcud ikitərəfli formatlarda, o cümlədən birgə parlamentlərarası komissiyada aparıla bilər.

Nazirlik xüsusilə də Azərbaycan hökumətinin bu məsələ ilə bağlı hazırlamış olduğu qiymətləndirmələr, ideyalar və planlar haqqında əlavə məlumat əldə etməyi səbirsizliklə gözlədiyini bəyan edib.

Rumıniya XİN energetika sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb: “Energetika sahəsində Avropanın təmin etmək istədiyi enerji təhlükəsizliyi səviyyəsinə çatmaq istəyirik. Bununla əlaqədar olaraq, çox vacib mərhələlərdən biri icra edilməkdədir. 2020-ci ilin sonlarında istifadəyə verilmiş Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı artıq Avropaya çatdırılır”. 

Rumıniya XİN eyni zamanda ölkələrin nəqliyyat və rabitə sahəsində də ortaq maraqlara malik olduqlarını qeyd edib.

“Azərbaycan Şərq və Qərbin, Şimal və Cənubun kəsişməsində yerləşir və çox fəal şəkildə ideyalar, həmçinin bu ideyaların həyata keçirilməsinə yönəlmiş layihələr irəli sürür. Rumıniya və Azərbaycan müəyyən müddətdir ki, Gürcüstan və Türkmənistan ilə birlikdə Xəzər dənizi – Qara dəniz qaz dəhlizi üzərində çalışırlar. Bu dəhliz əsasən Qara dəniz üzərindən uzanan Şərq-Qərb dəhlizinin davamıdır”, - Rumıniya XİN-dən əlavə ediblər.

Rumıniya həmçinin Avropa və Asiya arasında yük və sərnişin daşımasına yönəlmiş digər təşəbbüslərə qoşulmaqda maraqlıdır, belə ki, Rumıniya hər zaman Azərbaycanın Avropa ölkələri və Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini təşviq edib və dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi