Azərbaycanın aparıcı iplik istehsalçısının direktoru dəyişib

Azərbaycanın aparıcı iplik istehsalçısının direktoru dəyişib Onun nizamnamə kapitalı 1 000 manatdır
Biznes
13 Fevral , 2021 14:45
Azərbaycanın aparıcı iplik istehsalçısının direktoru dəyişib

İqtisadiyyat Nazirliyinə məxsus Mingəçevir Sənaye Parkının yeganə rezidenti, ölkənin aparıcı iplik istehsalçısı "Mingəçevir Tekstil" MMC-nin direktoru Mehman Hüseynov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Əli Əsədova həvalə olunub.

Xatırladaq ki, "Mingəçevir Tekstil" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkət Mingəçevirdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edir.

Son xəbərlər

Orphus sistemi