Azərbaycanın aparıcı broyler müəssisəsi nizamnamə kapitalını artırır

Azərbaycanın aparıcı broyler müəssisəsi nizamnamə kapitalını artırır Bakı. 14 may. REPORT.AZ/ İyunun 29-da, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Biznes
14 May , 2018 09:09
Azərbaycanın aparıcı broyler müəssisəsi nizamnamə kapitalını artırır
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ İyunun 29-da, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq broyler müəssisəsinin inzibati binasının yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Səba”nın kənar investor cəlb etmədən nizamnamə kapitalının artırılması, bununla bağlı səhmdar cəmiyyətin nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması, qurumun 2017-ci il üçün illik (maliyyə) hesabatlarının təsdiq edilməsi, ötən ilin nəticələrinə görə dividend ödənilməsi, kənar auditorun seçilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Səba” ASC 1981-ci ildən fəaliyyət göstərən Dəvəçi Quşçuluq Fabrikinin bazasında 1996-ci ildə yaranıb. Hazırda Onun nizamnamə kapitalı 4 790 592 manatdır. Müəssisə “Səba” şirkətlər qrupuna daxildir. 

Son xəbərlər

Orphus sistemi