Azərbaycandan olan qadın biznesmenlər Batumidə keçiriləcək beynəlxalq foruma dəvət olunublar

Azərbaycandan olan qadın biznesmenlər Batumidə keçiriləcək beynəlxalq foruma dəvət olunublar Tədbir Gürcüstan Sənaye-Ticarət Palatası, Acarıstan Sənaye-Ticarət Palatası və Acariya Qadınlar Assosiasiyası tərəfindən birgə təşkil olunur
Biznes
16 Fevral , 2018 16:43
Azərbaycandan olan qadın biznesmenlər Batumidə keçiriləcək beynəlxalq foruma dəvət olunublar

Tbilisi. 16 fevral. REPORT.AZ/ "Martın 8-də Batumidə “Qadın iş adamlarının biznes-forumu” keçiriləcək. Tədbirə Gürcüstan Sənaye Ticarət Palatasının xətti ilə Rusiya, Ukrayna, Azərbaycan, İran, Türkiyə, Ermənistan və digər ölkələrdən qadın iş adamları dəvət olunublar".

Bu fikirləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Acariya Qadınlar Assosiasiyasının icraçı direktoru Natia Surmanidze söyləyib.

Onun sözlərinə görə, forumun əsas məqsədi qadınların iqtisadi, siyasi və humanitar proseslərdəki rolunu artırmaq, beynəlxalq əməkdaşlığını genişləndirmək, eyni zamanda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə köməklik göstərməkdir. 

Qeyd edək ki, forumda Gürcüstanın iqtisadi imkanları, biznes mühiti, investisiya imkanları, qonşu dövlətlərin Gürcüstanla sərhəd regionları arasında iqtisadi əlaqələrin qurulması, birgə layihələrin reallaşdırlması imkanları, informasiya mübadiləsi, ticarət əlaqələri, qrant layihələrindən yararlanma, biznes sahəsinə kreditlərin ayrılması, vergi güzəştləri və s. məsələlər müzakirə olunacaq. Tədbir Gürcüstan Sənaye-Ticarət Palatası, Acarıstan Sənaye-Ticarət Palatası və Acariya Qadınlar Assosiasiyası tərəfindən birgə təşkil olunur.

Son xəbərlər

Orphus sistemi