Bakı. 29 yanvar. REPORT.AZ/
“Report”un məlumatına görə, sədr bildirib ki, rəhbərlik etdiyi qurum həm nəqliyyat vasitələrinin və metalların ölkədən çıxarılmasının qarşısını alır, həm də bu kimi məsələlərlə bağlı araşdırma aparır.
“Malların kodlarının dəyişdirilməsi ilə bağlı hallara hüquqi qiymət verilməsi üçün onlar müvafiq instansiyalara göndəriləcək. Belə hallar dəfələrlə olub. Qaçaqmalçılar və yaxud sui-istifadə hallarına yol verərək pul qazanmaq eşqində olan “sahibkarlar” hər zaman bir boşluq tapır. Bu məsələdə hələlik gömrük orqanlarının əl-qolu bağlıdır. Qanunvericiliyə uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında o kodların hər birinə ayrıca gömrük rüsumunun tətbiqi ilə bağlı layihə hazırlanır. Yaxın günlərdə aidiyyati qurumların rəhbərliyinin rəyi əsasında qərarlara düzəliş olacaq və respublikadan sadəcə əlvan metalların deyil, həmçinin qara metalların və digər dəmir kütlələrin yarımfabrikat şəklində ölkədən çıxarılmasının qarşısı alınacaq. Həmçinin bununla bağlı xüsusi kommisiya da yaradılacaq. Lazım gəlsə, bu məsələlərlə bağlı cinayət işləri də başlanılacaq. Məsələ ciddi nəzarətimizdədir". - o deyib.