Azərbaycandan içki ixracı azalıb, idxalı artıb

Azərbaycandan içki ixracı azalıb, idxalı artıb Bakı. 23 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycandan 6,079 mln. ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.
Biznes
23 İyun , 2018 10:18
Azərbaycandan içki ixracı azalıb, idxalı artıb

Bakı. 23 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycandan 6,079 mln. ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,073 mln. dollar və yaxud 40,1% azdır.

Beş ay ərzində içki ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 27,316 mln. dollar olub. Bu isə 1 il əvvələ nisbətən 4,152 mln. dollar və yaxud 17,9% çoxdur.

İçki idxalı ümumi idxalda 0,8%-lik paya malik olub.

Son xəbərlər

Orphus sistemi