Azərbaycandan ABŞ-a qida məhsullarının ixracı zamanı tələb olunan sertifikatlaşma sadələşəcək

Azərbaycandan ABŞ-a qida məhsullarının ixracı zamanı tələb olunan sertifikatlaşma sadələşəcək Azərbaycandan Amerika Birləşmiş Ştatlarına qida məhsullarının ixracı zamanı tələb olunan “FDA” və digər sertifikatlaşdırma prosedurları sadələşdiriləcək.
Biznes
8 Fevral , 2023 17:29
Azərbaycandan ABŞ-a qida məhsullarının ixracı zamanı tələb olunan sertifikatlaşma sadələşəcək

Azərbaycandan Amerika Birləşmiş Ştatlarına qida məhsullarının ixracı zamanı tələb olunan “FDA” və digər sertifikatlaşdırma prosedurları sadələşdiriləcək.

“Report” xəbər verir ki, bu məsələ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı layihəsinin nümayəndələri arasında kçeirilən görüşdə müzakirə olunub.

Görüşdə bu istiqamətdə yerli şirkətlərin dəstəklənməsi mexanizminin daha da təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, Azexport.az portalı hazırda ABŞ-ın New York, Kaliforniya və Vaşinqton ştatlarına konservləşdirilmiş qidalar, qənnadı məhsulları, meyvə şirələri və digər “Made in Azerbaijan” brendi məhsullarının ixracı istiqamətində yerli şirkətlərlə pilot layihə icra edir.

Son xəbərlər

Orphus sistemi