Azərbaycandakı xarici investorların yarısı yerli biznes mühitindən razıdır

Azərbaycandakı xarici investorların yarısı yerli biznes mühitindən razıdır Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 50 %-i ölkəmizdə investisiya yatırmaq üçün münbit şəraitin olması qənaətindədir.
Biznes
280
21 Dekabr , 2020 17:55
Azərbaycandakı xarici investorların yarısı yerli biznes mühitindən razıdır

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 50 %-i ölkəmizdə investisiya yatırmaq üçün münbit şəraitin olması qənaətindədir.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə hazırlanmış "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatında bildirilir.

Sorğuda iştirak edən xarici investorların 44 %-i gələcəkdə Azərbaycana investisiya qoyacağı ilə bağlı qeyri-müəyyən vəziyyətdə olduğunu, 6 %-i isə ölkəmizi yatırım üçün tövsiyə etmədiyini bildirib.

Bundan başqa, rəyi soruşulanların 49 %-i gələcək biznes hədəfləri kimi fəaliyyətlərini genişləndirməyi və yeni investisiyalar yatırmağı, 42 %-i hazırkı vəziyyəti qoruyub-saxlamağı ,3 %-i isə biznesini bağlamağı planlaşdırdığını bəyan edib.

Xatırladaq ki, hesabat üçün 32 ölkədə fəaliyyət göstərən 450 şirkətə biznes sorğu göndərilib. Onların 27 %-i Almaniya, 11 %-i Böyük Britaniya, 4 %-i Türkiyə, 7 %-i ABŞ, qalan 51 %-i isə digər ölkələri təmsil edib. Sorğu iştirakçılarının 63 %-ni isə Azərbaycanda biznes fəaliyyəti olan şirkətlər təşkil edib.

Son xəbərlər

Orphus sistemi