Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri yenidən təşkil olunur

Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri yenidən təşkil olunur Söhbət "Kürdəmir-Taxıl" ASC-dən gedir
Biznes
1 Mart , 2017 09:19
Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri yenidən təşkil olunur

Bakı. 1 mart. REPORT.AZ/ “Kürdəmir-Taxıl” ASC yenidən təşkil olunaraq tərkibindən ayrılma yolu ilə “AVETA-K” MMC-nin yaradıldığını elan edib.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar müəssisənin 4 190 440 manatlıq nizamnamə kapitalını formalaşdıran, hər birinin nominal dəyəri 2 manat olan 2 095 220 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılır.

Xatırladaq ki, “Kürdəmir-Taxıl” ASC 2005-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi