Azərbaycandakı “McDonalds”lar üçün çörək Gürcüstandan gətiriləcək

Azərbaycandakı “McDonalds”lar üçün çörək Gürcüstandan gətiriləcək Tbilisidə ABŞ-ın “McDonalds” şirkəti üçün yeni müasir çörək məmulatları zavodu inşa olunacaq.
Biznes
27 Yanvar , 2021 11:51
Azərbaycandakı “McDonalds”lar üçün çörək Gürcüstandan gətiriləcək

Tbilisidə ABŞ-ın “McDonalds” şirkəti üçün yeni müasir çörək məmulatları zavodu inşa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “McDonalds Gürcüstan” şirkətinin təsisçisi, biznesmen Temur Çkoniya “Formula” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müəssisə gələn ayın sonunda və ya martın əvvəlində açılacaq: “Dünyada “McDonalds”a məxsus dördüncü olacaq zavoda təqribən 6 milyon avro investisiya qoyulacaq”.

İş adamı istehsal olunacaq məhsulun ixraca yönəldiləcəyini qeyd edib: “Məhsul ilk növbədə “McDonalds”ın 22 restoranının olduğu Azərbaycana ixrac olunacaq. Məmulatların Rusiyanın cənub hissəsinə də çatdırılması mümkündür”.

Son xəbərlər

Orphus sistemi