Azərbaycanda yük avtomobili istehsalı 75 %-dən çox artıb

Azərbaycanda yük avtomobili istehsalı 75 %-dən çox artıb ​​​​​​​Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd yük avtomobili istehsal edilib
Biznes
17 may 2024 06:43
Azərbaycanda yük avtomobili istehsalı 75 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd yük avtomobili istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 75,2 % çoxdur. Nəticədə, bu il mayın 1-nə ölkədə 73 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 219,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 % artıb, maşın və avadanlıqların istehsalı 16,8 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 27,3 % azalıb.

Bu ilin ilk 4 ayında ölkədə 948 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 311 ədəd və yaxud 24,7 % az minik avtomobili istehsal olunub. Bu il mayın 1-nə ölkədə 273 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən aylar ərzində Azərbaycanda 233 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 20,5 % azdır. Nəticədə, bu il mayın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi