Yerli istehsala dəstək üçün qanunvericilikdə dəyişikliklər təklif olunur

Yerli istehsala dəstək üçün qanunvericilikdə dəyişikliklər təklif olunur Avqustun 5-də Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin onlayn video-konfrans formatında hesabat iclası baş tutub
Biznes
7 Avqust , 2020 14:28
Yerli istehsala dəstək üçün qanunvericilikdə dəyişikliklər təklif olunur

Avqustun 5-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyətinin onlayn video-konfrans formatında hesabat iclası keçirilib. 

Bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumata görə, iclasda Konfederasiyanın bu ilin I yarısında gördüyü işlərə dair hesabat dinlənilib, eyni zamanda sahibkarları narahat edən məsələlər müzakirə edilib.

Tədbiri giriş sözü ilə ASK-nın prezidenti Məmməd Musayev açıq elan edib. O, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldığını, bu istiqamətdə ölkəmizin qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynadığını qeyd edib. 

Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova COVİD-19 pandemiyası ilə əlaqədar karantin qaydaları çərçivəsində ASK-nın fəaliyyətinin davam etdiyini bildirib və bu ilin birinci yarısında ASK-ya qəbul olunan yeni üzvlər, sahibkarlardan daxil olan müraciət və təkliflərin əsas məzmunu barədə məlumat verib.  

Sonra sahibkarlar karantin dövründə biznesin genişləndirilməsi istiqamətlərini müzakirə edib. “Azərsun Holdinq” MMC-nin Müşahidə Şurasının sədri Abdulbari Gözəl ölkə prezidentinin su çatışmazlığının həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiklərini və bu işdə sahibkarların da fəal iştirak etməli olduğunu bildirib. O, həmçinin yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə yerli istehsalın artırılmasının vacibliyini vurğulayıb.

ASK-nın vitse-prezidenti Vüqar Abbasov maliyyə əlçatanlığı məsələsini gündəmə gətirib. Yerli istehsala dəstək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi və bu dəyişikliklərin çevik olması, dövlət-özəl dialoqunun dərinləşdirilməsi təklif olunub.

Rəyasət Heyətinin üzvü Səkinə Babayeva son dövrlərdə təhsil, turizm sektorunda çalışan qadın sahibkarların fəaliyyəti barədə məlumat verib.

Video Konfransın sonunda ASK-nın Rəyasət Heyəti toplanan təklifləri İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləcək iclasa təqdim etməyi qərara alıb.

Son xəbərlər

Orphus sistemi