İndiyə qədər Azərbaycan ərazisində 100 637 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15,6 milyard manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.