Azərbaycanda yaradılan KOB İnkişaf Fondunun fəaliyyət prinsipləri açıqlanıb

Azərbaycanda yaradılan KOB İnkişaf Fondunun fəaliyyət prinsipləri açıqlanıb "Biz hazırda KOB-ların maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondunun yaradılması prosesindəyik".
Biznes
24 İyun , 2022 11:39
Azərbaycanda yaradılan KOB İnkişaf Fondunun fəaliyyət prinsipləri açıqlanıb
Orxan Məmmədov

"Biz hazırda KOB-ların maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondunun yaradılması prosesindəyik".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda deyib.

"Fondun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etməsi olacaq. Qurumun investisiya qoyuluşu üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud olan göstəricilərdən aşağı olacaq. KOB İnkişafı Fondunun təşkilati-hüquqi forması isə ASC olacaq ki, bu da öz növbəsində ona dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etmək imkanı yaradacaq", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi