Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi hazırlanacaq

Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi hazırlanacaq Bu, vergi ödəyicilərinə sonradan əlavə vergilərin hesablanmaması və əlavə maliyyə sanksiyalarının tətbiq olunmaması ilə nəticələnəcək
Biznes
14 Dekabr , 2016 13:46
Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi hazırlanacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Vergilər Məcəlləsinə hazırlanmış yeni dəyişikliklər layihəsinə əsasən, Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanması nəzərdə tutulur.

"Report"un verdyi xəbərə görə, bu barədə vegilər naziri Fazil Məmmədov MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında məlumat verib.

"Sahibkarlar tərəfindən vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi vergi ödəyicilərinin əlavə maliyyə sanksiyalarına məruz qalması ilə nəticələnir. Bunun qarşısını almaq üçün vergi ödəyiciləri tərəfindən planlaşdırılan əməliyyatlar üzrə yaranacaq vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanması vacibdir. Bu mexanizmin əsası iri məbləğli müqavilələr üzrə yaranacaq vergi öhdəliklərinin həmin müqavilədə nəzərdə tutulmuş əməliyyatlar aparılarkən müəyyən edilməsini özündə ifadə edir. Həmin vergi ödəyicilərinə sonradan əlavə vergilərin hesablanmaması və əlavə maliyyə sanksiyalarının tətbiq olunmaması ilə nəticələnəcək. Bu məqsədlə vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması ilə bağlı müvafiq müddəalar müəyyən edilib", - deyə nazir qeyd edib.

Hər bir belə əməliyyatın dəyəri 10 mln. manatdan az olmamalıdır və bununla bağlı qərar üçün dövlət rüsumu ödənilməlidir.

Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə, dövlət rüsumunun məbləği 500 manat təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi