Azərbaycanda vergi ödəyicilərinin sayı 7% artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 7% artıb Bu ilin avqustun 1-nə Azərbaycanda 1 370 252 vergi ödəyicisi olub ki, bu da ötən il avqustun 1-i ilə müqayisədə 6,9% çoxdur.
Biznes
9 Avqust , 2022 13:02
Azərbaycanda vergi ödəyicilərinin sayı 7% artıb

Bu il avqustun 1-nə Azərbaycanda 1 370 252 vergi ödəyicisi olub ki, bu da ötən il avqustun 1-i ilə müqayisədə 6,9% çoxdur.

"Report" xəbər verri ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, vergi ödəyicilərinin 87,6 %-i fiziki şəxslər, 12,4 %-i hüquqi şəxslər və digər təşkilatlardır.

Son 1 ildə fiziki şəxslərin sayı 6,7 % (ümumi artımın 84,3 %-i), hüquqi şəxslərin sayı isə 8,9 % (ümumi artımın 15,7%-i) artıb.

Son xəbərlər

Orphus sistemi