Azərbaycanda vaxtı keçmiş dərmanların utilizasiyası təklif olunur

Azərbaycanda vaxtı keçmiş dərmanların utilizasiyası təklif olunur İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin və bu sektoru təmsil edən ictimai birliklərin nümayəndələri ilə onlayn formatda görüş keçirib.
Biznes
19 Yanvar , 2023 12:16
Azərbaycanda vaxtı keçmiş dərmanların utilizasiyası təklif olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin və bu sektoru təmsil edən ictimai birliklərin nümayəndələri ilə onlayn formatda görüş keçirib.

"Report" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüşdə ölkəmizdə əczaçılıq sənayesinin inkişafı, istehsal sahələri üçün vergi təşviqi imkanları, dərman vasitələrinin idxalı, logistika, anbar infrastrukturunun təkmilləşdirilməsi, vaxtı keçmiş dərmanların utilizasiyası, bu proses üzrə xərclərin rəsmiləşdirilməsi, ƏDV güzəştlərinin verilməsi ilə bağlı təkliflər səsləndirilib. Sahibkarların ictimai birlikləri tərəfindən irəli sürülmüş təkliflərə dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər baxılması üçün qeydə alınıb.

Dövlət - biznes əməkdaşlığının daha da genişləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi