Azərbaycanda torpaqların tullantılarla çirkləndirilməsinə nəzarət sərtləşdirilir

Azərbaycanda torpaqların tullantılarla çirkləndirilməsinə nəzarət sərtləşdirilir Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq.
Biznes
1 İyun , 2023 11:01
Azərbaycanda torpaqların tullantılarla çirkləndirilməsinə nəzarət sərtləşdirilir

Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq.

“Report” xəbər verir ki, bu, "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Əgər hazırda torpaqların yalnız istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə görə cərimələr nəzərdə tutulursa, təklif olunan dəyişikliklə bütün növ tullantılarla çirkləndirməyə, o cümlədən kimyəvi, çirkab suları ilə çirkləndirməyə, bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurmaya görə fizki şəxslər 500-800 manat, vəzifəli şəxslər 2 000- 2500 manat, hüquqi şəxslər isə 7 500 - 10 000 manat cərimə ödəməli olacaqlar.

Son xəbərlər

Orphus sistemi