Azərbaycanda tikinti laboratoriyalarının sayı artırılacaq

Azərbaycanda tikinti laboratoriyalarının sayı artırılacaq Bakı. 6 aprel. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Standartlaşdırma İnstitutunun tikinti laboratoriyalarında geniş sınaqlar aparılır. Mövcud 3 laboratoriya akkreditasiya edilib.
Biznes
6 Aprel , 2018 12:32
Azərbaycanda tikinti laboratoriyalarının sayı artırılacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Standartlaşdırma İnstitutunun tikinti laboratoriyalarında geniş sınaqlar aparılır. Mövcud 3 laboratoriya akkreditasiya edilib.

"Report" xəbər verir ki, bunu institutun baş direktoru Namiq Tağıyev deyib. 

"Hazırda bu sahədə Böyük Britaniyanın Standartlaşdırma İnstitutu ilə əməkdaşlıq edilir. Həmçinin Fransanın eyni qurumu ilə əməkdaşlığa hazırlaşırıq", - o qeyd edib. 

Bundan başqa, N.Tağıyevin sözlərinə görə, Azərbaycanda laboratoriyaların sayının artırılması istiqamətində  işlər aparılır. 

Baş direktor Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq imkanları barədə də danışıb: "Agentliklə əlaqələrimiz var. Onların hər hansı təklifli olsa, əməkdaşlığa tam açığıq". 

Son xəbərlər

Orphus sistemi