Azərbaycanda “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi hazırlanıb Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi hazırlanıb.
Biznes
2625
14 Fevral , 2018 12:31
Azərbaycanda “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi hazırlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi hazırlanıb.

"Report"un verdiyi xəbərə görə, qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində müzakirəyə çıxarılıb.

Qanunda bildirilir ki, texniki tənzimləmə sahəsində dövlətin vəzifələri dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi, texniki reqlamentlərin qəbul edilməsi və təkmilləşdirilməsi, texniki reqlamentlərin tələblərinə əməl edilməsinə nəzarət tədbirlərinin təşkil edilməsi və həmin tələblərə əməl etməyə təsərrüfat subyektlərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması, bu qanunun və texniki reqlamentlərin tələblərinə cavab verməyən malların dövriyyədən çıxarılması məqsədilə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının aparılmasını təşkil edilməsi və akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsidir.

Qanunun müddəaları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə həmin mallların, onlarla əlaqəli istehsal proseslərinin və metodlarının uyğunluğunun qiymətləndirilməsi, həmçinin malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlama, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələblərin təmin olunması üzrə fəaliyyətə şamil edilir.

Qanun insanları istehlak nəticəsində sağlamlığa təhlükə törədə bilən qida məhsullarından, heyvan və insanlar üçün ümumi xəstəliklərdən, ətraf mühiti, o cümlədən bitki və bitkiçilik məhsullarını zərərli orqanizmlərdən, heyvanları heyvan xəstəliklərindən və ya təhlükə törədə bilən yem və yem əlavələrindən qorumaq məqsədilə məhsulllara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilən məcburi tələblərə şamil edilmir.

İstehlak bazarlarında texniki reqamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Qanunun və texniki reqlamentlərin tələblərin pozan şəxsləri İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və Mülki Məcəlləyə uyğun məsuliyyət daşıyırlar.

Qanunun şamil edildiyi mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki reqlamentlər bu qanun qüvvəyə mindikdən sonra 7 il ərzində bu qanuna uyğun olaraq mərhələrlə işlənib hazırlanmalı, qəbul edilməlidir.

Qanun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi