Azərbaycanda təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyaları olacaq

Azərbaycanda təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyaları olacaq Azərbaycanda qəbul edilməsi gözlənilən yeni Rəqabət Məcəlləsində təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulur.
Biznes
28 Sentyabr , 2023 12:36
Azərbaycanda təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyaları olacaq
Məmməd Abbasbəyli

Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsində təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

"Vəzifəli şəxslər və qanunsuz gəlirlər üçün də əlavə maliyyə sanksiyaları olacaq", - deyə Xidmət rəisi əlavə edib.

Bundan başqa, M.Abbasbəylinin sözlərinə görə, hansısa bazar subyektinin inhisarçı səviyyəsində hökmran mövqeyə sahib olması qanun pozuntusu kimi qiymətləndirilməməlidir.

"Antiinhisar xidməti həmin bazar subyektinin bu hökmran mövqeyindən istifadə edərək qanunsuz hərəkətlərə yol verməməsinə nəzarət etməlidir", - deyə o əlavə edib.

Xatırladaq ki, qəbul edilməsi gözlənilən yeni Rəqabət Məcəlləsinə görə, sahibkar bazarda 50 % paya sahib olursa, bu, hökmran mövqe hesab edilir. Bu vaxta qədər həmin nisbət 35 % idi.

Son xəbərlər

Orphus sistemi