Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb

Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
Biznes
16 Noyabr , 2018 11:49
Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, 10 ay ərzində isə spirtli içkilərin qiymətində ötən ilin eyni dövrünə nisbətən 1,4% artım qeydə alınıb.

Hesabat dövründə tütün məmulatlarının qiyməti isə aylıq müqayisədə 10,5% artıb, illik müqayisədə isə 9,7% azalıb.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb. Ayrıca oktyabr ayında isə sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,2%, o cümlədən ərzaq məhsulları və qeyri-ərzaq malları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.

Son xəbərlər

Orphus sistemi