Azərbaycanda səhmdarların identifikasiyası üzrə yeni xidmət istifadəyə verilib

Azərbaycanda səhmdarların identifikasiyası üzrə yeni xidmət istifadəyə verilib “Euroclear” səhmdarların identifikasiyası üzrə Fransa, Belçika və Hollandiyada yerləşən mərkəzi depozitarları üzərindən aparılacaq
Biznes
4 May , 2021 16:42
Azərbaycanda səhmdarların identifikasiyası üzrə yeni xidmət istifadəyə verilib

“Euroclear” səhmdarların identifikasiyası üzrə Fransa, Belçika və Hollandiyada yerləşən mərkəzi depozitarları üzərindən “InvestorInsight ™” adlı yeni xidməti istifadəyə verib .

Bu barədə “Report” Milli Depozit Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, “InvestorInsight ™” emitentlər və vasitəçi qurumlar üçün nəzərdə tutulmuş bulud əsaslı xidmətdir. Təqdim olunmuş xidmət yeni Səhmdarların Hüquqları Direktivi II ilə müəyyən edilmiş standartlara uyğun olaraq rahat veb-poqram vasitəsi ilə emitentlərə məlumatın açıqlanması ilə bağlı sorğuları idarə etmək və bütün səhmdarlar barədə tam təsvir almaq imkanını verəcək.

Səhmdarlardan gələn bütün cavabların monitorinqini və toplanmış məlumat əsasında hesabatların hazırlanmasını təmin edən bu xidmət növü şəffaflığı qoruyaraq emitentlər üçün korporativ idarəetmənin və investor bazası ilə komunikasiya prosesinin təkmilləşdirilməsi üçün yeni imkanlar yaradacaq.

Emitentlər və vasitəçi qurumlar ilə sıx əməkdaşlıq edərək pilot mərhələsində 130-dan çox ölkədən 300 mindən artıq səhmdar identifikasiya edilib, 600 vasitəçi qurum “InvestorInsight”a qoşulub.

Son xəbərlər

Orphus sistemi