Azərbaycanda saxlanma müddəti keçmiş məhsullar aşkar edilib

Azərbaycanda saxlanma müddəti keçmiş məhsullar aşkar edilib İstehlak bazarına nəzarət davam etdirilir
Biznes
23 Avqust , 2017 12:47
Azərbaycanda saxlanma müddəti keçmiş məhsullar aşkar edilib

Bakı. 23 avqust. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı araşdırmalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 7/19 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Məlik Balakişi oğlunun istehsal etdiyi, yağlılığı 18% olan 400 qramlıq "Saratovka" adlı, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi, ev 6 ünvanında "Kaspian Prodakşn Layn" MMC-nin istehsal etdiyi, yağlılığı 18% olan 400 qramlıq "Lavanda" adlı, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bakı-Duz, qeyri-yaşayış sahəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramazanov Mehman Mahir oğlunun istehsal etdiyi, yağlılığı 9% olan 400 qramlıq "İsmayıllı" adlı, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, şossenin sağ tərəfi ünvanında fəaliyyət göstərən fiziki şəxs Məsimov Alim Nəriman oğlunun istehsal etdiyi, yağlılığı 18% olan 400 qramlıq "Bərəkət" adlı şorların etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.

“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi saxlama müddəti ötmüş və beləliklə də insanların həyat və sağlamlığı üçün təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaratmaqla, insanların həyat və sağlamlığına təhlükə yaradır.

Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə "Kaspian Prodakşn Layn" MMC-yə, fiziki şəxslər Ağayev Məlik Balakişi oğluna, Ramazanov Mehman Mahir oğluna və Məsimov Alim Nəriman oğluna müvafiq göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi