Azərbaycanda sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycanda sahibkarlar üçün treninqlər keçirilib Bakı. 15 mart. REPORT.AZ/ Kürdəmir və Qazax rayonlarında sahibkarlar üçün treninqlər keçirilib. 
Biznes
15 Mart , 2018 17:59
Azərbaycanda sahibkarlar üçün treninqlər keçirilib

Bakı. 15 mart. REPORT.AZ/ Kürdəmir və Qazax rayonlarında sahibkarlar üçün treninqlər keçirilib. 

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, “Made in Azerbaijan” brendi, investisiya təşviqi sənədi, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, biznesdə İKT-dən istifadə mövzularını əhatə edən treninqlərdə investisiya təşviqi sənədinin alınması və bu sənədi alan sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası, biznesdə sığortanın əhəmiyyəti və s. barədə ətraflı məlumat verilib.

Treninqlərdə iştirakçılar həmçinin Nazirliyin göstərdiyi elektron xidmətlər, “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi