Azərbaycanda ​"Rolls-Royce"un yeni avtomobil modeli üçün sifarşlərin qəbulu başlayır

Azərbaycanda ​"Rolls-Royce"un yeni avtomobil modeli üçün sifarşlərin qəbulu başlayır "Rolls-Royce Phantom Limelight" kolleksiyası 25 avtomobildən ibarətdir
Biznes
9 May , 2015 13:44
Azərbaycanda ​Rolls-Royceun yeni avtomobil modeli üçün sifarşlərin qəbulu başlayır

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycanda rəsmi təmsilçisi "Improtex Motors" şirkəti olan olan "Rolls-Royce" brendi yeni avtomobil modelini təqdim edib. Şirkətdən "Report"a verilən məlumata görə, “Phantom Limelight” kolleksiyası 25 avtomobildən ibarətdir və tezliklə onları dünya üzrə “Rolls-Royce Motor Cars” dilerlərindən, o cümlədən, Azərbaycanda da sifariş etmək mümkün olacaq.

“Rolls-Royce Phantom Limelight” kolleksiyasının avtomobilləri ictimaiyyətin diqqət mərkəzində olan insanlar üçün nəzərdə tutulub. Kolleksiyaya ad sonradan “şöhrət” sözünün sinonimi olan məşhur ingilis kəşfindən ilhamlanaraq verilib. “Limelight” effekti 1820-ci illərində Viktorian dövrünün nümunəvi centlmeni, tanınmış ingilis alimi və ixtiraçısı Ser Qoldsuorsi Görni tərəfindən kəşf edilib. Bu kəşf Londonda, Kovent-Qardenda yerləşən teatrlarda səhnənin işıqlandırılmasında inqilabi dəyişikliklərə səbəb olub.

Mart ayında Cenevrə avtosalonunda təqdimatı baş tutmuş “Phantom Serenity” modeli ilə birgə “Limelight” kolleksiyasına daxil olan avtomobillər də nümayiş olunub. “Rolls-Royce”un vətəni sayılan Qudvudda çalışan “Bespoke” dizayn komandası gündəlik olaraq qlobal əhəmiyyətli qərarlar qəbul edən nüfuzlu insanların dinamik həyat tərzi və vərdişləri ilə bağlı bilik və təcrübələrinə əsaslanaraq bu cür insanların işgüzar həyat fəaliyyətinin tələblərinə birbaşa xidmət edəcək 25 dəbdəbəli avtomobildən ibarət kolleksiya yaradıb.

Arxa qapılarda yerləşən unikal fərdiləşdirilmiş baqaj bölməsi hər hansı mühüm tədbir üçün gərəkli olacaq şəxsi əşyaları yerləşdirməyə imkan verir. Oturacaqların yeni, daha rahat konfiqurasiyaları təyinat nöqtəsinə çatanadək istirahət etmək üçün dizayn olunub.

“Phantom” modellərinin tarixində ilk dəfə olaraq “Bespoke” dizayn komandası “Rolls-Royce Motor Cars” şirkətində fəaliyyət göstərən peşəkarlar “Limelight” kolleksiyası avtomobillərinin interyerinin işlənməsi üçün iki növ ağacdan hazırlanmış panel təklif ediblər. “Piano Seashell” adlı ağacdan hazırlanan və yalnız bu kolleksiya üçün nəzərdə tutulan panellər qapı keçidlərini bəzəməklə iki rənglə işlənən dəri salonla ahəng yaradılıb. İlk dəfə “Phantom” avtomobillərinin salonunun işlənməsində istifadə olunan “Smoked Chestnut” panelləri avtomobilin zərif dizaynını tamamlayır.

Xüsusilə “Phantom Limelight” üçün hazırlanan “Limelight Bespoke” saatının dizaynı kolleksiyaya xas brilyant formalı naxış və avtomobilin gövdəsinin boyandığı dolğun “Gala Blue” çaları ilə səsləşir.

Son xəbərlər

Orphus sistemi