Azərbaycanda rəqabət indikatoru üzrə işçi qrupunun yol xəritəsi təsdiqlənib

Azərbaycanda rəqabət indikatoru üzrə işçi qrupunun yol xəritəsi təsdiqlənib Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın sədri rəqabət indikatoru üzrə işçi qrupunun yol xəritəsini təsdiq edib.
Biznes
30 May , 2024 12:09
Azərbaycanda rəqabət indikatoru üzrə işçi qrupunun yol xəritəsi təsdiqlənib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın sədri rəqabət indikatoru üzrə işçi qrupunun yol xəritəsini təsdiq edib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Bazar rəqabəti" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin müzakirəsi məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupu"nun iclasında bildirib.

"Yol xəritəsində bir neçə vacib məsələ - 3 əsas sütun var. Bunlar, rəqabət, dövlət satınalmaları və innovasiyalar sütunlarıdır. Hər bir sütun üzrə Azərbaycanda keçən ildən başlayaraq böyük işlər görülür. Bildiyiniz kimi Rəqabət Məcəlləsi, "Dövlət satınalmaları haqqında" yeni qanun qəbul edilib, innovasiya sahəsində də böyük işlər görülüb. Bu ilin sonuna qədər yol xəritəsində həmin sahələr üzrə əlavə təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulur", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi