Azərbaycanda reklam biznesinin 87-89%-i "kölgə iqtisadiyyatı"nın payına düşür

Azərbaycanda reklam biznesinin 87-89%-i "kölgə iqtisadiyyatı"nın payına düşür Reklam bazarından dövlət büdcəsinə daxilolmalar real potensialdan 8-9 dəfə azdır
Biznes
10 Noyabr , 2015 12:07
Azərbaycanda reklam biznesinin 87-89%-i kölgə iqtisadiyyatının payına düşür

Bakı. 10 noyabr. REPORT.AZ/ İqtisadiyyatın bir çox sahəsində olduğu kimi, reklam sahəsində də gizli, qeyri-rəsmi fəaliyyət mövcuddur. "Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. 

V.Əhmədovun sözünə görə, məhz "kölgə iqtisadiyyatı" səbəbindən bu sahədən dövlət büdcəsinə daxilolmalar real potensialdan 8-9 dəfə azdır: "Dövlət Statistika Komitəsinin məlumatına görə, reklam bazarından dövlət büdcəsinə daxilolmalar təxminən 50 mln. manat təşkil edir. Bir çox sahələrdə olduğu kimi, reklamçılıq sahəsində də gizli iqtisadiyyat hökm sürür. Apardığımız araşdırmalar göstərir ki, bu rəqəm əslində 400-450 mln. manat ola bilər".

V.Əhmədov deyib ki, "Reklam haqqında" qanun layihəsi hazırlanarkən əsas diqqət yetirilən məsələ dil və sosial yönümlü reklamlar olub: "Qanun layihəsini hazırlayarkən televiziya və radiolar qarşısında tələb qoyduq ki, onlar verdikləri proqramların minimum 8%-i civarında sosial reklamlara vaxt ayırsın".

Son xəbərlər

Orphus sistemi