Azərbaycanda “Regional tərəfdaşların inkişafı” adlı layihəyə start verilib

Azərbaycanda “Regional tərəfdaşların inkişafı” adlı layihəyə start verilib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Regional tərəfdaşların inkişafı” adlı layihəyə start ve
Biznes
9 dekabr 2022 10:15
Azərbaycanda “Regional tərəfdaşların inkişafı” adlı layihəyə start verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Regional tərəfdaşların inkişafı” adlı layihəyə start verilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, layihənin məqsədi regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər, subsidiyalar barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.

Bu gün Şəki şəhərində layihənin təqdimatı ilə bağlı konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Bakıdan və Şəki-Zaqatala iqtisadi rayonundan 200-dən çox sahibkar iştirak edib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Vüqar İskəndərov sahibkarlara göstərilən dəstək tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyə resurslarına çıxışı istiqamətində yeniliklər barədə məlumat veriblər.

Konfrans Bakı və region sahibkarlarını bir araya gətirməklə, onlar arasında netvörkinq və birgə investisiya təşəbbüslərinin reallaşdırılması üçün də imkan yaradıb.

Tədbir çərçivəsində həmçinin “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları” mövzusunda panel müzakirə təşkil olunub, mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti aylarda Gəncə, Astara və Qubada da maarifləndirici tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi