Azərbaycanda qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı müsabiqə keçirilir

Azərbaycanda qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı müsabiqə keçirilir Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olanlar iştirak edə bilərlər
Biznes
24 Aprel , 2017 15:45
Azərbaycanda qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı müsabiqə keçirilir
Report.az

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanda dövlət müəssisələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” müvafiq qanuna əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan edib.

Komitədən "Report"a bildirilib ki, müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilən şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif edən sifarişçiyə üstünlük veriləcək.

Dövlət Komitəsi tərəfindən elan edilən növbəti belə müsabiqəyə 7 qeyri-yaşayış sahəsi çıxarılıb. Həmin əmlaklar Biləsuvarda, Ağcabədi, Qazax, Füzuli, Qəbələ, Göyçay və Qaxda yerləşir. İcarəyə verilən əmlakların sahələri 10-60 kv.m arasında dəyişir. Müsabiqədə iştirak edən obyektlər arasında ən aşağı icarə haqqı 7 manat/kv.m təşkil edir. Belə obyektlər bir neçə mərtəbəli binanın II, III, IV mərtəbələrində yerləşir.

Qeyd edək ki, qaliblər müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 gün müddətində icarə müqaviləsini imzalamalı, icarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməlidir.

Son xəbərlər

Orphus sistemi