Azərbaycanda qeyri-dövlət sektorunda məşğul əhalinin payı 80 %-ə çatdırılacaq

Azərbaycanda qeyri-dövlət sektorunda məşğul əhalinin payı 80 %-ə çatdırılacaq Yaxın 5 ildə Azərbaycanda qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6 %-dən artaraq 80 %-ə çatdırılacaq.
Biznes
22 İyul , 2022 13:38
Azərbaycanda qeyri-dövlət sektorunda məşğul əhalinin payı 80 %-ə çatdırılacaq

Yaxın 5 ildə Azərbaycanda qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6 %-dən artaraq 80 %-ə çatdırılacaq.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.

Strategiyaya əsasən, özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaqdır: "Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaqdır. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək".

Bildirilir ki, qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50 % (2021-ci ildə 46,9 % olub) təşkil edəcəkdir.

Son xəbərlər

Orphus sistemi