Azərbaycanda qənd istehsalı müəssisəsi özəlləşdirilib

Azərbaycanda qənd istehsalı müəssisəsi özəlləşdirilib Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib
Biznes
398
24 Oktyabr , 2017 13:04
Azərbaycanda qənd istehsalı müəssisəsi özəlləşdirilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda regionlardan yerləşən 2 kiçik dövlət müəssisəsi və Bakıda yerləşən 8 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Hərrac rəqabətli keçib. Paytaxtın Sabunçu rayonunda yerləşən, ümumi faydalı sahəsi 17,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 500 manat olsa da, sonda 5 500 manata özəlləşdirilib. Qeyd edək ki, qeyri-yaşayış sahələrindən 2-si Bakının Suraxanı, 2-si Sabunçu, digərləri isə müvafiq olaraq Nəsimi, Nərimanov, Binəqədi, Yasamal rayonlarındadır.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələlərinə gəlincə isə, bunlar ümumi faydalı sahəsi 105,3 kv.m olan Naftalan qənd istehsalı müəssisəsi və ümumi faydalı sahəsi 78,8 kv.m. olan Sumqayıtdakı 2 saylı maye-qaz doldurma məntəqəsidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Son xəbərlər

Orphus sistemi