Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox şirkət fəaliyyət göstərir

Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox şirkət fəaliyyət göstərir Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox, Qazaxıstanda isə Azərbaycan kapitallı 800-dən çox şirkət fəaliyyət göstərir.
Biznes
8 Dekabr , 2017 17:17
Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox şirkət fəaliyyət göstərir

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox, Qazaxıstanda isə Azərbaycan kapitallı 800-dən çox şirkət fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Azərbaycanda səfərdə olan Qazaxıstanın energetika naziri Kanat Bozumbayevlə görüşdə bildirib.

O, iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadiyyat naziri diqqətə çatdırıb ki, iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə olunur: “Bununla belə, potensial daha böyükdür və bundan səmərəli istifadə olunmalıdır. Energetika sahəsində də Qazaxıstanla əlaqələrin genişləndirilməsinə önəm verilir. Azərbaycanın Aktauda Logistik Mərkəzi var və Azərbaycan xarici tərəfdaşları ilə görüşlərində bu mərkəzdən istifadəni təşviq edir”.

İqtisadiyyat naziri nəqliyyat, tranzit və yükdaşımalar sahəsində əməkdaşlıq imkanlarının böyük olduğunu qeyd edərək, limanlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Bakı-Tbilisi-Qars dəmir yolunun, Şimal-Cənub nəqliyyat dəhlizinin potensialını diqqətə çatdırıb. Qazaxıstanlı investorları Azərbaycanda yaradılmış sənaye parklarına və aqroparklara dəvət edən Ş.Mustafayev investorlar üçün əlverişli güzəştlərin nəzərdə tutulduğunu vurğulayıb.

Qazaxıstanın energetika naziri ölkələrarasında iqtisadi əlaqələrin denişləndirilməsi perspektivlərini qeyd edib, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. K. Bozumbayev ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, tranzit və yükdaşımalar, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Qeyd olunub ki, maşınqayırma sahəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə görüşlərin təşkili əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi