Azərbaycanda Qarabağ KOB-ları proqramına start verilib

Azərbaycanda Qarabağ KOB-ları proqramına start verilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Qarabağ KOB-ları Proqramına start verilib
Biznes
29 May , 2023 17:51
Azərbaycanda Qarabağ KOB-ları proqramına start verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Qarabağ KOB-ları Proqramına start verilib.

"Report" xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov özünün tviter hesabında yazıb.

"Layihə çərçivəsində 50 şəhid ailəsi üzvünün, qazinin və müharibə iştirakçısının sosial rifahının yaxşılaşdırılması üçün biznes qurumlarına dəstək göstəriləcək", - O. Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi