Azərbaycanda qablaşdırma sahəsində rəqəmsal texnologiyalar tətbiq oluna bilər

Azərbaycanda qablaşdırma sahəsində rəqəmsal texnologiyalar tətbiq oluna bilər Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan qablaşdırma avadanlıqlarını Türkiyə, Rusiya, Almaniyadan və digər Avropa ölkələrindən alır. Hazırda bir sıra müəssisələrdə onlardan istifadə ilə bağlı problemlər var və həmin problemlərin həlli istiqamətində görüşlər keçirilir.
Biznes
10 Aprel , 2018 15:07
Azərbaycanda qablaşdırma sahəsində rəqəmsal texnologiyalar tətbiq oluna bilər

Bakı. 10 aprel. REPORT.AZ/ "Azərbaycan qablaşdırma avadanlıqlarını Türkiyə, Rusiya, Almaniyadan və digər Avropa ölkələrindən alır. Hazırda bir sıra müəssisələrdə onlardan istifadə ilə bağlı problemlər var və həmin problemlərin həlli istiqamətində görüşlər keçirilir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Kamran Hacızadə deyib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda qablaşdırma sahəsində rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı danışıqlar gedir: "Həmin texnologiyalar kifayət qədər bahadır. Hələ ki, Azərbaycan bazarının buna nə qədər hazır olub-olmaması öyrənilir". 

Son xəbərlər

Orphus sistemi