Azərbaycanda "Peşəkar birliklər haqqında" qanunun qəbulu təklif olunur

Azərbaycanda "Peşəkar birliklər haqqında" qanunun qəbulu təklif olunur Azərbaycanda "Peşəkar birliklər haqqında" qanun qəbul etmək lazımdır.
Biznes
23 Oktyabr , 2023 12:40
Azərbaycanda Peşəkar birliklər haqqında qanunun qəbulu təklif olunur

Azərbaycanda "Peşəkar birliklər haqqında" qanun qəbul etmək lazımdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.

"Azərbaycanda yaradılması nəzərdə tutulan Qiymətləndiricilər Palatası dövlət təşkilatı deyil, qiymətləndiricilərin özlərinin yaradacağı bir təşkilatdır. Amma bunların bir səlahiyyəti olmalıdır. Səlahiyyət olmasa bu Palatanı yaratmağın bir mənası qalmır. Əksər ölkələrdə peşəkar birliklərin dövlətin verdiyi səlahiyyətləri var. Bu səlahiyyətlər ondan ibarətdir ki, peşə birliklərinin verdiyi qərar hər kəs üçün məcburidir.

Türkiyədə peşə birliklərinin həddən çox səlahiyyətləri var. Məsələn, aşpazların, bərbərlərin, taksi sürücülərinin peşə birlikləri var. Bu birliklərin verdiyi qərarlar hər kəs üçün məcburidir. Onlar qiyməti endirəcəklərsə, qiymətlər enəcək. Avstriyanın konstitusiyasında yazılıb ki, istənilən sahibkarlıq subyekti hansısa peşə birliyinə üzv olmalıdır. Normalda Qiymətləndiricilər Palatası qeyri-hökumət təşkilatıdır (QHT). Amma "QHT-lər haqqında" qanunda yazılıb ki, üzvlük məcburi ola bilməz. Yəni bir tərəfdən məsələni həll etməyə çalışırıq, digər tərəfdən burda hüquqi olaraq bir boşluq var", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi