Azərbaycanda ​pərakəndə ticarət dövriyyəsi 10% artıb

Azərbaycanda ​pərakəndə ticarət dövriyyəsi 10% artıb Elektron ticarət dövriyyəsi isə son bir ildə 2 dəfədən çox artıb
Biznes
8 Dekabr , 2014 12:17
Azərbaycanda ​pərakəndə ticarət dövriyyəsi 10% artıb
Bakı. 8 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 19,2 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,5% çox əmtəə satılıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz bəndi artıb.

Hesabat dövründə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-noyabr aylarına nisbətən 2,4 dəfə artaraq 5,6 mln. manat təşkil edib. Əhali onlayn rejimdə sifariş verdiyi istehlak mallarının 91,2%-ni hüquqi şəxslərin, 8,8%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,7%-ni qeyri-ərzaq malları təşkil edib.

Son xəbərlər

Orphus sistemi